Braziliya milli komandasının baş məşqçisi Karlos Dunqa DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Argentina və Peru yığmaları ilə oynayacaqları matçlar üçün dəvət göndərəcəyi heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, çalışdırıcı aşağıdakı oyunçuların xidmətindən istifadə edəcək.
Qapıçılar: Alison (“İnternasional”), Dieqo Alves (“Valensiya”), Marselo Qroe (“Qremio”)
Müdafiəçilər: David Luis, Markinyos (hər ikisi PSJ), Miranda (“İnter”), Filipe Luis (“Atletiko”), Jil (“Şandun Lunen”), Danilo (“Real”), Dani Alves (“Barselona”), Aleks Sandro (“Yuventus”)
Yarımmüdafiəçilər və hücumçular: Fernandinyo (“Mançester Siti”), Luis Qustavo (“Volfsburq”), Oskar, Villian (“Çelsi”), Lukas Lima (“Santos”), Renato Avqusto (“Pekin Qoan”), Kaka (“Orlando Siti”), Koutinyo (“Liverpul”), Duqlas Kosta (“Bavariya”), Rikardo Olivyera (“Santos”), Halk (“Zenit”), Neymar (“Barselona”)