Karlos Tevez "Yuventus"dan ayrıldı, keçmiş komandasına qayıtdı
27.06.2015 - 12:54
Karlos Tevez "Yuventus"dan ayrıldı, keçmiş komandasına qayıtdı

“Yuventus” aparıcı hücumçusu Karlos Tevezlə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, ulduz futbolçunun yeni komandasının adı da artıq məlumdu.

 

Avropanın bir neçə klubundan təklif alan 31 yaşlı forvard karyerasını ölkəsi Argentinada davam etdirmək qərarına gəlib. Belə ki, o, bundan sonra “Boka Xuniors”un formasını geyinəcək. Bu transferi klub rəhbərliyi də rəsmən bəyan edib.

 

Qeyd edək ki, Karlos Tevez 2001-ci ildə peşəkar futbola məhz “Boka Xuniors”un heyətində başlayıb. Futbolçu ötən mövsüm “Yuventus”un heyətində 48 oyunda 29 qol vurub.