Kasilyas: 40 yaşıma qədər “Real”da oynamaq istərdim
03.03.2014 - 21:47
Kasilyas: 40 yaşıma qədər “Real”da oynamaq istərdim

 

 

İspaniyanın “Real Madrid” futbol klubunun qapıçısı İker Kasilyas yayda komandanı tərk etmək niyyətində olmadığını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Kasilyas komanda yoldaşlarına hörmətlə yanaşmasına baxmayaraq, ambisiyalı olduğunu və həmişə oynamaq istədiyini bildirib.

 

İspaniyalı qapıçı 40 yaşına qədər futbol oynaya biləcəyini dilə gətirib: “40 yaşımı da “Real”da qeyd etmək istərdim. Amma elə bir vaxt gələcək ki, bu, mümkün olmayacaq. Müqaviləm başa çatanda Madriddə qalıb-qalmayacağımla bağlı məsələ qaldıracağam”.

 

Qeyd edək ki, 32 yaşlı İker Kasilyas “Real”la 2017-ci ilin yayına qədər müqavilə bağlayıb.

 

 

0