[b]Keçmiş “Qəbələ”li yenidən legioner həyatı yaşamaq istəyir[/b]
03.07.2016 - 19:55
[b]Keçmiş “Qəbələ”li yenidən legioner həyatı yaşamaq istəyir[/b]

“Qəbələ”nin keçmiş yarımmüdafiəçisi Aleksey Qay yenidən legioner həyatı yaşamağı arzulayır. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu Ukrayna mətbuatına açıqlamasında deyib.

 

“Bizim çempionatda nələr baş verdiyindən xəbərim var, ona görə də yenidən başqa bir ölkəyə yollanmaq istəyirəm. Bu, yeni təcrübələr qazanmaq baxımından faydalı olacaq. Birmənalı olaraq, karyeramı bitirmək haqqında düşünmürəm” – deyə ukraynalı futbolçu bildirib.

 

Qeyd edək ki, bir zamanlar “Çernomorets” və “Şaxtyor”da da çıxış etmiş keçmiş “Qəbələ”li Azərbaycandan ayrılarkən Ukraynada oynamaq istəyini bildirmişdi.