Konfederasiyalar kuboku: Püşkatmanın səbətləri açıqlandı
24.11.2016 - 14:30
Konfederasiyalar kuboku: Püşkatmanın səbətləri açıqlandı

2017-ci ildə keçiriləcək Konfederasiyalar kubokunun səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, meydan sahibi Rusiya millisi təşkilatçı ölkə kimi 1-ci səbətdə yer alacaq.

 

Şimallıların yarış zamanı A qrupunda mübarizə aparacağı da dəqiqləşib. Güclülərin qərarlaşdığı bu “dördlük”də dünya çempionu Almaniya, Avropa çempionu Portuqaliya və Cənubi Amerikanın ən güclüsü Çili də olacaq. 2-ci səbətdə isə üç komanda məlumdu.

 

Bunlar KONKAKAF zonasının çempionu Meksika, Okeaniya çempionu Yeni Zelandiya və Asiyanın ən güclüsü olan Avstraliyadı. Səbətin 4-cü komandası isə Afrika çempionu olacaq. Gələn ilin fevralında keçiriləcək Millətlər kubokunun qalibinin 2-ci səbətdə yer alacağı indidən bəllidi.

 

Qeyd edək ki, Konfederasiyalar kubokunun püşkatması noyabrın 26-da Kazanda keçiriləcək.