Konfederasiyalar Kubokunda 8-ci iştirakçı
06.02.2017 - 10:00
Konfederasiyalar Kubokunda 8-ci iştirakçı

Konfederasiyalar Kubokunun bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu ilin yayında Rusiyada təşkil olunacaq yarışa son vəsiqəni Kamerun qazanıb.

 

Afrika Millətlər Kubokunun qalibi olan “Ramolunmaz şirlər” qitəsini təmsil etmək hüququna yiyələnib. İyunun 27-dən iyulun 2-dək keçiriləcək turnirdə kamerunlular B qrupunda çıxış edəcək. Onların rəqibləri Çili, Avstraliya və Almaniya olacaq.

 

Digər qrupda isə Avropa çempionu Portuqaliya və meydan sahibi Rusiya ilə yanaşı, Meksika və Yeni Zelandiya da qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, yarışın oyunları Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək.