Kristiano Ronaldo debüt oyununda qol vurdu
02.10.2016 - 16:57
Kristiano Ronaldonun oğlu “Junior” Kristiano futbol həyatına qolla başlayıb. Apasport.az saytının məlumatına görə, 4-cü divizion klubu “Pasuelo de Alarkon”un uşaq komandasına debüt edən 6 yaşlı Ronaldo ilk oyunundaca qol vurub.
Onun qol sevincini atası kimi qeyd etməsi də diqqətdən yayınmayıb.
“AS” nəşrinin xəbərinə görə, ulduz oyunçu özü də matçı canlı izləyib.
Qeyd edək ki, 2010-cu ildə daşıyıcı anadan doğulan Kristiano atası kimi futbolçu olmağı arzulayır.
0
0