Kristiano Ronaldo Olimpiadada çıxış edəcək
30.06.2015 - 18:28
Kristiano Ronaldo Olimpiadada çıxış edəcək

Madrid “Real”ının ulduz futbolçusu Kristiano Ronaldo Olimpiya oyunlarında çıxış edə bilər. Apasport.az saytının “goal.com”a istinadən məlumatına görə, bu barədə Portuqaliya Futbol Federasiyasının (PFF) prezidenti Fernandu Qomeş açıqlama verib.

 

PFF başqanının sözlərinə görə, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq Olimpiada üçün yığmanın heyətində ulduz futbolçu da yer ala bilər:

 

“Biz, yığma komandaya yaşı 23-dən yuxarı olan 3 oyunçu dəvət edə bilərik. Ronaldo da namizədlərdən biridi. Hələ ki, bu barədə qəti qərara gəlməmişik, ancaq bu, mümkün ola bilər”.