Sabah Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək tur liderlərin oyunları ilə başlayacaq.
İlk matç Qəbələdə baş tutacaq. İkinci pillədə qərarlaşan eyniadlı komanda AZAL-ı sınağa çəkəcək. “Qarabağ”dan cəmi 1 xal geri qalan “Qəbələ” autsayderlə matça qələbə üçün meydana çıxacaq. Rəqibini evdəki oyunda asanlıqla məğlub edən Roman Qriqorçukun yetirmələri səfərdəki xal itkisinin təsadüf olduğunu sübut etməyə çalışacaq. Ötən tur texniki zonadan kənarlaşdırılan ukraynalı mütəxəssis komandasına tribunadan rəhbərlik edəcək. İlə ardıcıl iki məğlubiyyətlə başlayan Tərlan Əhmədovun yetirmələri ötən turun “Qarabağ”la matçındakı kimi iddialı rəqibə müqavimət göstərmək niyyətindədi.
Çempionatın lideri olan Ağdam təmsilçisini də asan sınaq gözləyir. Qurban Qurbanovun yetirmələri ötən mövsümün gümüş mükafatçısı, 2017-ci ilə 2 qələbə ilə başlayan “Zirə”ni qəbul edəcək. Amma ardıcıl 5 dəfə rəqibini eyni – 2:0 hesabı ilə yenən əyalət klubunun paytaxt təmsilçisi ilə görüşdə xal itirəcəyi az qala mümkünsüz görünür. Buna baxmayaraq, Ayxan Abbasovun yetirmələri sensasiyanı gerçəkləşdirməyə iddialıdı.
İkinci oyun günü turnir cədvəlinin qonşularının görüşü ilə başlayacaq. Ardıcıl 3-cü dəfə səfərdə oynayacaq “Kəpəz” “Sumqayıt”ın qonağı olacaq. Bu il iki heç-heçə edən Samir Abasovun yetirmələri ötən tur əldən verdiyi 4-cü pilləni qaytarmaq əzmindədi. “Zirə”nin xal itirməsini gözləyən sumqayıtlılar bundan yararlanmaq üçün qələbə qazanmalıdı. Məğlubiyyət seriyası 3-ə çatan Gəncə klubu isə uğursuzluqları dayandırmağa çalışacaq. Çünki xal itkiləri Şahin Diniyevi istefaya yaxınlaşdırır. Buna görə də qərblilər meydana rəqibi büdrətmək əzmi ilə çıxmalıdı.
Tura mərkəzi oyunla yekun vurulacaq. “İnter Arena”da baş tutacaq paytaxt derbisində “İnter”lə “Neftçi” qarşılaşacaq. İlə yüksək məhsuldarlıqla başlayan, amma ötən tur Sumqayıtda xal itirən Zaur Svanadzenin yetirmələri liderlərlə xal fərqinin artmaması üçün qalib gəlməlidi. Elxan Abdullayevin qışda heyətini yeniləşdirən komandası isə mövqeyini yaxşılaşdırmaq üçün ilin ilk qələbəsini qazanmalıdı. Turnir cədvəlinin ilk iki sırasındakı ilə başabaş mübarizə aparıb, cəmi 1 xal qazanan “ağ-qaralar” son pillədən uzaqlaşmağa iddialıdı.
Azərbaycan Premyer Liqası
XVII tur
8 fevral (çərşənbə)
15:00. “Qəbələ” – AZAL
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
Qəbələ şəhər stadionu
17:30. “Qarabağ” – “Zirə”
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0
“Azərsun Arena”
9 fevral (cümə axşamı)
15:00. “Sumqayıt” – “Kəpəz”
İlk 2 dövrədəki oyunlar: 1:1, 0:0
Sumqayıt. Şəhər stadionu
17:30. “İnter” – “Neftçi”
İlk 2 dövrədəki oyunlar: 2:1, 1:2
“İnter Arena”
|
1. |
Qarabağ |
16 |
11 |
3 |
2 |
29-8 |
36 |
|
2. |
Qəbələ |
16 |
10 |
5 |
1 |
32-8 |
35 |
|
3. |
İnter |
16 |
7 |
8 |
1 |
27-15 |
29 |
|
4. |
Zirə |
16 |
6 |
3 |
7 |
14-16 |
21 |
|
5. |
Sumqayıt |
16 |
4 |
7 |
5 |
16-21 |
19 |
|
6. |
Kəpəz |
16 |
3 |
6 |
7 |
11-18 |
15 |
|
7. |
Neftçi |
16 |
3 |
1 |
12 |
10-32 |
10 |
|
8. |
AZAL |
16 |
1 |
5 |
10 |
8-29 |
8 |
Bombardirlər: Baqali Dabo, Filip Ozobiç (hər ikisi “Qəbələ”) 7.