Luçeskunun əvəzedicisi tapıldı
01.06.2016 - 00:15
Luçeskunun əvəzedicisi tapıldı

“Şaxtyor”un yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, “şaxtaçılar”ı bundan sonra portuqal mütəxəssis Paulo Fonseka çalışdıracaq.

 

Bu barədə Donetsk klubunun mətbuat xidməti xəbər yayıb. Məlumatda 43 yaşlı çalışdırıcıyla 2 illik müqavilə bağlandığı qeyd edilib.

 

Son iş yeri “Braqa” olan mütəxəssis “Şaxtyor”un baş məşqçi postunda Mirça Luçeskunu əvəz edəcək. Fonseka klubun baş məşqçisi kimi fəaliyyətə iyunun 1-dən başlayacaq.