Luiş Nani “Fənərbaxça”da!
27.06.2015 - 12:30
Luiş Nani “Fənərbaxça”da!

“Fənərbaxça” daha bir ulduz futbolçunu heyətinə qatıb. Apasport.az saytı xəbər verir ki, Türkiyə klubu “Mançester Yunayted”in yarımmüdafiəçisi Luiş Nani ilə anlaşıb.

 

Klublar arasında aparılan danışıq artıq müsbət nəticələnib və ingiliz klubu Nanini “Fənər”ə satmağa razılıq verib. Anlaşmaya əsasən, istanbullular bu transfer üçün qarşı tərəfə 6 milyon avro ödəyəcəklər.

 

Türklərlə bir müddət əvvəl anlaşan Naninin isə yeni klubunda illik məvacibi 4 milyon avro təşkil edəcək. Portuqaliyalı futbolçunun yaxın günlərdə Türkiyəyə gələrək, yeni komandası ilə 3 illik müqavilə imzalaması gözlənilir.

 

Qeyd edək ki, “Fənərbaxça” Nanidən öncə “Bursaspor”dan Fernandao və “Lill”dən Simon Kyaeri transfer etmişdi.