İspaniya millisinin və “Real”ın futbolçusu Alvaro Morata zədələnib. Apasport.az saytının məlumatına görə, hücumçu İspaniya millisinin heyətində İngiltərəyə qarşı yoxlama oyununda sıradan çıxıb.
Yerli mətbuatın iddiasına inansaq, sağ ayağından zədə alan 24 yaşlı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Bu da o deməkdi ki, Morata İsaniya La Liqasının “Atletiko” - “Real” oyunu başda olmaqla, bir neçə oyunda “kral klubu”na kömək edə bilməyəcək.
Qeyd edək ki, noyabrın 19-da keçiriləcək Madrid derbisində Kərim Benzema, Rafael Varan, Dani Karvaxal, Pepe və Kasemiro kimi oyunçuların da forma geyinməmək ehtimalları var.