Mançini İngiltərəyə dönəcək – İDDİA
28.03.2014 - 22:44
Mançini İngiltərəyə dönəcək – İDDİA

 

 

“Qalatasaray”ın italiyalı baş məşqçisi Roberto Mançininin istefaya gedəcəyi ilə bağlı iddialar səngimək bilmir. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı onun Premyer Liqaya dönmək istədiyini yazıb.

 

İngilis mətbuatı qeyd edir ki, “Qalatasaray”ın ölkə çempionatında və Çempionlar Liqasındakı uğursuz çıxışından sonra ölkə Kubokunun ilk oyununda öz meydanında “Bursaspor”a da qalib gələ bilməməsi Mançinini pis vəziyyətə qoyub. Artıq onun özünün də mövsümün sonunda İstanbuldan ayrılmaqla bağlı qərar verdiyi bildirilir.

 

Bəzi məlumatlara görə, Mançini ilə “Tottenhem” və Devid Moyes dönəmində tarixinin ən uğursuz dövürlərindən birini yaşayan “Mançester Yunayted” maraqlanır. Lakin italiyalı mütəxəssisin sonuncu təklifə bir qədər qərarsız yanaşdığı da vurğulanır. Çünki “Mançester Yunayted” Mançininin bir vaxtlar baş məşqçisi olduğu “Mançester Siti”nin əzəli rəqibidir.

 

 

0