Mançini rəsmən ABŞ klubunda
28.03.2016 - 13:23
Mançini rəsmən ABŞ klubunda

“İnter”in baş məşqçisi Roberto Mançininin oğlu Andrea Mançini karyerasını ABŞ-da davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Di Si Yunayted” klubu ilə müqavilə imzalayıb.

 

Məlumatı ABŞ təmsilçisi açıqlayıb. “Di Si Yunayted”in rəhbəri “İnter”in prezidenti Erik Tohirdi.

 

Qeyd edək ki, Mançininin son klubu Macarıstan təmsilçisi “Haladaş” olub.