Mancukiç Kamerun-Xorvatiya matçının ən yaxşısıdır
19.06.2014 - 04:17
Xorvatiya yığmasının hücumçusu Mario Mancukiç Kamerun-Xorvatiya matçının ən yaxşısı hesab edilib. Apasport.az saytının məlumatına görə, bununla bığla FİFA-nın saytında xəbər yerləşdirilib.
28 yaşlı Mancukiç 90 dəqiqə meydanda olub və 2 qol vurub. Xorvatiya bu oyunda 4:0 hesabı ilə qalib gəlib. Xorvatlar növbəti oyunu iyunun 24-də Meksikaya qarşı keçirəcəklər.
0
0