Manuel Pelleqrininin yeni ünvanı hara olacaq?
08.06.2016 - 22:52
“Mançester Siti”nin keçmiş baş məşqçisi Manuel Pelleqrini karyerasını İtaliya A seriyasında davam etdirə bilər. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, çilili mütəxəssis “Milan”la anlaşmağa yaxındı.
62 yaşlı baş məşqçinin keçidinin rəsmiləşməsində yeganə əngəl isə klubun səhmlərinin satılmasının yubanmasıdır.
Belə ki, “Milan”ın səhmlərini çinli biznesmenlər almaq istəsə də, hələlik klubun sahibi Silvio Berluskoni ilə razılaşma əldə etmək mümkün olmayıb.
0
0