Maykl Ouen “Liverpul”da
21.04.2016 - 20:23
Maykl Ouen “Liverpul”da

İngiltərə milli komandasının və “Liverpul”un keçmiş futbolçusu Maykl Ouen yenidən köhnə klubuna qayıdıb. Apasport.az saytının məlumatına görə, bəstəboy hücumçu bundan sonra mersisaydlıların səfiri olacaq.

 

O, müxtəlif ölkələrdə klubun kommersiya məsələlərinə və azarkeşlərlə əlaqələrə cavabdeh olacaq.

 

“Bu klubun əbədi azarkeşi kimi mənə belə bir təklif gələndə olduqca şad oldum. “Liverpul” dünyanın ən böyük futbol ailələrindən biridir. Yenidən sevimli komandamın rəsmi nümayəndəsi olmaq çox xoşdu” – deyə Ouen yerli mətbuata açıqlamasında bildirib.