Melvin Platye: “Neftçi”də oynamaq çətin idi - MÜSAHİBƏ
27.03.2014 - 12:23
Melvin Platye: “Neftçi”də oynamaq çətin idi - MÜSAHİBƏ

Müqavilə ilə növbəti mövsümün sonunadək “Neftçi”yə məxsus olan Melvin Platye İsveç mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, avqustun sonunadək “Kalmar”a icarəyə verilən 25 yaşlı hücumçu ölkəmizdə oyununun alınmamağının səbəbini izah edib.

 

- Həftəsonu İsveç çempionatı start götürəcək. Oynayacağınıza ümidiniz var?

- Mən son matçımı 3 həftə əvvəl “Neftçi”də keçirmişəm. Ümid edirəm ki, bu bazar günü isə növbəti görüşümü keçirəcəyəm. Baxaq görək, məşqçi məni oynatmaqla bağlı hansı qərarı verəcək.

 

- Hollandiyanın aşağı dəstəsində və elitasında 60-a yaxın qol vurmusunuz. Ancaq “Neftçi”də cəmi 1 dəfə fərqlənə bildiniz. Məhsuldarlığınızın aşağı düşməsinin səbəbi nədir?

- Düzdür, Hollandiyada çoxlu qollar vurmuşdum. Azərbaycanda isə oynamaq mənim üçün çətin idi. Orda mentalitet tamamilə fərqlidir. Bu mən gözlədiyim kimi deyildi. Ancaq ümid edirəm ki, İsveçdə ən yaxşı futbolçu olmağı bacaracağam.

 

- “Kalmar”a keçidinizdə kim rol oynadı?

- İsveçdən olan həyat yoldaşımın qardaşı Andreas Haddad “Hammarbü”də çıxış edir. O mənə bura haqqında yaxşı şeylər dedi və ona görə də İsveçə gəlməyə qərar verdim. Mən bazar ertəsi tibbi müayinədən keçdikdən sonra “Quldfoqeln-Arena”sında komanda ilə ilk məşqimi keçdim. İlkin təəssüratlar yaxşıdır. Görüş üçün əla yerdir və yaxşı şəraitə malikdir.

 

- Hansı tip hücumçusunuz?

- Mənim 4-4-2 və 4-3-3 sistemində oynamaq xoşuma gəlir. “7” və ya “10” nömrə altında da oynamağı bacarıram. Ancaq xoşuma gəlir ki, topu meydanın dərinliyindən qəbul edim və qollar vurum. Əsas məsələ qarşıda qollar vurmaq, komanda üçün yaxşı oynamaq və bütün gücü ilə mübarizə aparmaqdır. “Kalmar”da mən “19” nömrəli formanı geyəcəyəm.

 

- “Kalmar”ın idman direktoru Tomas Andersson Borstam deyib ki, “Brommapoykarna” ilə martın 30-dakı oyuna kimi sizin hazırlaşmaq imkanınız olacaq. Ancaq sizin oynamağınız həm də Azərbaycandan gələcək sənədlərdən asılıdır...

- Elədir. Biz hazırda bunun üçün hadisələrin gedişatını tələsdirməyə çalışırıq.

0