Messi yaşıdları arasında əlçatmazdı
17.11.2016 - 21:51
Messi yaşıdları arasında əlçatmazdı

“Forbes” jurnalı 30 yaşdan cavan varlı məşhurların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sıralamada bir futbolçu da yer alıb.

 

Belə ki, “Barselona”nın hücumçusu Lionel Messi siyahının üçüncü pilləsində qərarlaşıb. O, başa çatmaqda olan il ərzində 81 milyon 500 min avro qazanıb. Bu da onu yaşı 30-a çatmamış idmançılar arasında ən varlı adam edib.

 

Qeyd edək ki, siyahıya pop müğənnisi Teylor Svift (170 milyon dollar) başçılıq edir. İngilis rok qrupu “One Direction” (110 milyon dollar) isə ikinci pillədə qərarlaşıb.