“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi karyerası ərzində çalışdığı məşqçilər barədə danışıb. Apasport.az saytının məlumatına görə, Leo “Goal.com”a açıqlamasında çalışdığı məşqçilər arasında ən vacib mütəxəssisin Frank Raykard olduğunu deyib.
"Bu günə kimi çalışdığım hər məşqçidən nə isə öyrənmişəm. Ancaq karyeramın ən vacib məşqçisi Rakyardı hesab edirəm. O, mənə güvənib əsas komandada yer verməsəydi, bəlkə də, indi burda olmazdım. Həmişə deyirəm, Raykard mənim həyatımda ən vacib şəxslərdən biridi. Çünki, o, mənə inandı" – deyə argentinalı oyunçu bildirib.
Qeyd edək ki, Messi katalonların əsas heyətində 2004-cü ildə, məhz hollandiyalı mütəxəssisin rəhbərliyi altında debüt edib.