Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmasında “Atletiko” ilə qarşılaşan “Barselona” 0:2 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, bu görüş katalonların super ulduzu Lionel Messi üçün də şəxsi baxımdan uğursuz olub.
Belə ki, bu oyuna qədər ardıcıl 4 matçda fərqlənə bilməyən Leo seriyanı 5-ə çatdırıb. Sonuncu dəfə mart ayında “Arsenal”ın qapısına yol tapan argentinalı o vaxtdan bəri “Vilyareal”, “Real”, “Real Sosyedad” və iki dəfə “Atletiko” ilə oyunlarda qola həsrət qalıb.
Bu, Messinin 2010-cu ildən bəri davam edən ən uzun seriyasıdı.
Qeyd edək ki, peşəkar karyerası boyunca 499 dəfə rəqib qapıçıları məyus edən Lionel yubiley qolu üçün uzun müddət dir ki, gözləyir.