London “Arsenal”ının yarımmüdafiəçisi Məsut Özil “Aston Villa” ilə matçda qollardan birinin ötürməsini verərək məhsuldar ötürmələrinin sayını artırıb. Apasport.az saytının məlumatına görə, türkəsilli alman futbolçu Aaron Remsinin vurduğu qolda asistentlik edərək bu mövsüm meydana çıxdığı 15-ci oyunda 13-cü dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Bu nəticə isə böyük beşlik ölkələrinin çempionatları arasında ən yaxşı göstəricidi. Özilin hələlik ən yaxın izləyicisi “Everton”da çıxış edən Jerar Delofeudu. Futbolçu bu mövsüm Premyer Liqa matçlarında 7 dəfə komandasının qol vurmasında bilavasitə yardımçı olub.
Qeyd edək ki, Premyer Liqada bir mövsümdə ən çox qol ötürməsi verən oyunçu rekordu “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anriyə məxsusdu. Fransız forvard 2002/2003 mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.
- Çempionlar Liqasında IV turdan sonra turnir cədvəli – FOTO
- “Fənərbaxça”dan ayrılan İsmail Kartala ölkə xaricindən rəsmi təklif
- “Qalatasaray”ın futbolçusu Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir
- Premyer Liqada IX turun ən yaxşı futbolçusu müəyyənləşdi
- “Fənərbaxça”nın sabiq prezidentinə bəraət hökmü