Milli oyunçu “fərqləndi”, komandası məğlub oldu
27.03.2016 - 16:31
İspaniya Sequndasında XXXI turun görüşləri keçirilir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun forma geyindiyi "Kordobo" doğma meydanda liderlik uğrunda mübarizə aparan "Alaves"lə qarşılaşıb.
Matç qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matça start heyətində başlayan və 76 dəqiqə meydanda olan Eddi qarşılaşmanın 8-ci dəqiqəsində aldığı sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, "Kordobo" hazırda 47 xalla 5-ci pillədə qərarlaşıb.
0
0