[b]Millimiz Ermənistanla eyni qrupa düşdü[/b]
16.07.2016 - 14:56
[b]Millimiz Ermənistanla eyni qrupa düşdü[/b]

UEFA Millətlər Liqasının ilkin divizionları və səbətləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, DÇ-2014-ün, AÇ-2016 və DÇ-2018-in nəticələrinə əsasən hesablanan əmsallar əsasında aparılacaq bölgüdə hazırkı durum bəllidi.

 

Azərbaycan millisi ilk iki turnirin yekunlarından sonra D liqasında oynamağa namizəddi. İndiki durumda Robert Prosineçkinin yetirmələri qitənin ən zəif liqasında çıxış edəcək 16 komandadan biri olacaq.

 

Bu 16 yığma da əmsallarına görə səbətlərə bölünəcək. Mövqeyini əldən verməsə, millimiz 1-ci səbətdə yer ala bilər.

 

D liqası

1-ci səbət

Estoniya, Gürcüstan, Azərbaycan, Ermənistan

2-ci səbət

Latviya, Moldova, Makedoniya, Qazaxıstan

3-cü səbət

Lüksemburq, Farer adaları, Lixtenşteyn, Malta

4-cü səbət

Kosovo, San-Marino, Andorra, Cəbəllütariq

 

Qeyd edək ki, liqalar və səbətlərin yekun tərkibi DÇ-2018-on seçmə mərhələsindən sonra bəlli olacaq.

 

0