[b]Millimiz daha 3 yoxlama oyunu keçirəcək[/b]
26.03.2016 - 21:38
[b]Millimiz daha 3 yoxlama oyunu keçirəcək[/b]

Mayın 23-dən iyunun 4-dək Azərbaycan millisinin Avstriyada təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, bu toplanış zamanı üç yoxlama görüşü planlaşdırılır.

 

Bu barədə saytımıza AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

 

Antalyada Azərbaycan – Qazaxıstan (0:1) hazırlıq matçından sonra əməkdaşımıza açıqlama verən baş katib milli komandanın Avstriya toplanışında 3 yoxlama görüşü keçirəcəyini deyib: “Artıq Kanada ilə razılaşmışıq. İkinci rəqib böyük ehtimalla Makedoniya millisi olacaq. Bu dəqiqləşəndən sonra üçüncü sınaqçının da kimliyinə aydınlıq gələcək”.