Millimiz gürcülərə yenə şans vermədi
05.08.2016 - 21:24
Bu gün 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, komandamızın rəqibi yenidən Gürcüstanın U-19 yığması olub.
“Dalğa Arena”da keçirilən qarşılaşma millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında avqustun 3-də keçirilən yoldaşlıq oyunu da yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Yoldaşlıq oyunu
5 avqust
Azərbaycan (U-17) - Gürcüstan (U-19) - 3:0
Qollar: Rövşanə Sərdarlı, 45, Vüsalə Seyfəddinova, 57, Ayşən Əhmədova, 80
0
0