Millimizdən əzmkar qələbə
01.09.2015 - 07:49
Millimizdən əzmkar qələbə

Futzal üzrə Azərbaycan millisi yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının pley-off mərhələsinə hazırlaşan Faustino Peresin yetirmələri Belarus yığmasını sınağa çəkib.

 

“ABU Arena”da keçirilən qarşılaşmada millimiz qalib gəlib – 5:2. Yığmamız oyunun gedişində 0:2 hesabı ilə geridə olsa da, son 14 dəqiqədə 5 qol vurmağı bacarıb. Komandamızın heyətində Vitali Borisov 2, Samir Həmzəyev, Eduardo və Amadeu hərəyə 1 qol vurublar.

 

Qeyd edək ki, sabah Azərbaycan və Belarus yığmaları yenidən üz-üzə gələcək.