[b]Millinin futbolçuları boulinq meydanında[/b] - FOTOSESSİYA
30.12.2014 - 16:20
[b]Millinin futbolçuları boulinq meydanında[/b] - FOTOSESSİYA

Azərbaycan millisinin futbolçuları boulinq çempionatında iştirak ediblər. Apasport.az saytının məlumatına görə, yığmanın üzvləri noyabrın 11-dən bu günə qədər “Megafun”da təşkil olunan “Bakcell Boulinq” çempionatının qalibi ilə qarşılaşıb.

 

Belə ki, çempionatda iştirak etmək üçün 4 nəfərdən ibarət komanda yaradılıb, sonda qaliblər isə dəyərli hədiyyələr qazanıblar. Qalib komanda isə daha bir sürprizlə qarşılaşıb.

 

Belə ki, onlar Azərbaycan milli futbol komandasının oyunçuları ilə qarşılaşıb. Yığmamızı Araz Abdullayev, Vüqar Nadirov, Rauf Əliyev və Maksim Medvedevdən ibarət “dördlük” təmsil edib.

 

Mənbə: affa.az