Millinin sabiq baş məşqçisi vəfat etdi
12.01.2017 - 18:23
Millinin sabiq baş məşqçisi vəfat etdi

İngiltərə millisinin sabiq baş məşqçisi Qrem Teylor vəfat edib. Apasport.az saytının məlumatına görə, yığma və “Aston Villa” klubundakı fəaliyyəti ilə tanınan mütəxəssis dünyasını 72 yaşında dəyişib.

 

Teylorun ölümünə ürək tutması səbəb olub. Hadisə onun evində yaşanıb.

 

İngiltərə Premyer Liqasında 1000 və daha çox oyun keçirən 17 baş məşqçidən biri olan mütəxəssis 1983-cü ildə “Uotford”, 7 il sonra “Aston Villa”nı çempionatın gümüş medallarına daşıyıb. 1990-93-cü illərdə yığmaya rəhbərlik edən Teylorun son iş yeri də 2002-03-cü illərdə çalışdığı “Aston Villa” olub.