“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo ixtiyarında görmək istədiyi daha bir futbolçunun adını rəhbərliyə təqdim edib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı çalışdırıcı “Roma”nın bosniyalı üzvü Miralem Pyaniçə “elçi düşüb”.
Dərhal hərəkətə keçən “mankunianlar” qarşı tərəflə danışıqlara start veriblər. Lakin keçidin baş tutması üçün “Mançester Yunayted” rəqabətdən qalib ayrılmalıdı. Çünki Pyaniçin xidmətində başqa klublar da maraqlıdı.
26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 38 milyon avrodu.
Qeyd edək ki, karyerası ərzində “Mets” və “Lion”un da formasını geyinmiş Pyaniç 2011-ci ildən “Roma”da çıxış edir.