Mourinyo Roma Papasını səsləndirəcək
03.06.2016 - 00:14
Mourinyo Roma Papasını səsləndirəcək

Joze Mourinyo özünü yeni ampulada sınayacaq. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis bir animasiya firması ilə müqavilə imzalayıb.

 

Anlaşmanın şərtlərinə görə, Mou 2017-ci ildə işıq üzü görəcək animasiya filmində Roma Papasını səsləndirəcək.

 

O, Papa Fransiski portuqal, ispan, ingilis və italyan dillərində səsləndirəcək.

 

Qeyd edək ki, bu rolu Vatikandan da təsdiqləyiblər.