Ölkə çempionatları birləşdirilir
23.04.2016 - 16:58
Ölkə çempionatları birləşdirilir

İspaniya və Portuqaliya vahid futbol çempionatı keçirə bilər. Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya Peşəkar Futbol Liqasının prezidenti Pedru Proensa açıqlayıb.

 

Sabiq FİFA hakimi bildirib ki, iki ölkənin çempionatlarının birləşdirilməsi layihəsi hazırlanıb. Bu layihə üzərində çalışdıqlarını qeyd edən Proensa məsələni İspaniya Peşəkar Futbol Liqası ilə birlikdə araşdırırlar.

 

Bir ildi bu istiqamətdə çalışan tərəflər birləşmənin hər iki ölkə üçün faydalı olacağı qənaətindədilər. Lakin qurumlar yekun qərar verməkdə tələsmir.