Özil “Mançester Yunayted”in hədəfində
11.11.2016 - 15:02
Özil “Mançester Yunayted”in hədəfində

Almaniya yığmasının futbolçusu Məsut Özil klubunu dəyişə bilər. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Arsenal”ın aparıcı üzvlərindən olan 28 yaşlı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo klub rəhbərliyi ilə söhbətində Özili ixtiyarında görmək istədiyini bildirib. Bundan sonra “qırmızı şeytanlar” hərəkətə keçərək, qarşı tərəflə danışıqlara start veriblər.

 

“Arsenal”la 2018-ci ilə qədər müqaviləsi olan Özil “topçular”la yeni sözləşmə barəsində hələ razılığa gələ bilməyib. “Mançester Yunayted” də məhz bundan istifadə edərək, türk əsilli futbolçunu heyətinə qatmaq niyyətindədi.

 

Qeyd edək ki, Özil əvvəlki klubu Madrid “Real”ında Mourinyo ilə birgə çalışıb.