[b]Paytaxt klubunda rekord - FOTO[/b]
25.02.2017 - 15:51
[b]Paytaxt klubunda rekord - FOTO[/b]

Hollandiyanın “Ayaks” klubunun qapıçısı Andre Onana komandasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, kamerunlu qolkiper ardıcıl 7 quru oyun keçirib.

 

Bu, Amsterdam klubunun rekordunun təkrarıdı. Onanaya qədər paytaxt təmsilçisində heç bir qapıçı 7-dən artıq matçda qapısını toxunulmaz saxlamayıb.

 

5 çempionat və 2 avrokubok görüşündə qol buraxmayan afrikalı artıq növbəti matçda mütləq rekordçu ola bilər.