Peter Çex, Didye Droqba, Obi Mikel və Branislav İvanoviç
02.03.2016 - 00:10
İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Norviç”lə oyunda start heyətində meydana çıxan “Çelsi”nin müdafiəçisi Branislav İvanoviç üçün bu matç yubileylə əlamətdardı. Apasport.az saytının məlumatına görə, serb futbolçu “zadəganlar”ın forması ilə 350-ci dəfə top qovacaq.
Maraqlıdı ki, daha əvvəl London klubunun heyətində 350 oyun həddini keçən 3 əcnəbi futbolçu olub. Peter Çex (494), Didye Droqba (381) və Con Obi Mikeldən (360) sonra İvanoviç bu göstəriciyə çatan 4-cü oyunçudu.
0
0