Poçetinnonun göz yaşları
16.09.2016 - 23:00
Poçetinnonun göz yaşları

“Tottenhem”in baş məşqçisi Maurisio Poçetinno Çempionlar Liqasındakı “Monako” ilə oyun haqqında danışıb. Apasport.az saytının məlumatına görə, mütəxəssis həmin qarşılaşmada qol imkanlarının çox olduğunu, ancaq onlardan istifadə edə bilmədiklərini bildirib.

 

“Monako” ilə oyunda biz çox vəziyyət yaratdıq, ancaq vura bilmədik. Məğlubiyyətdə əsas günahkar mənəm. Atmosfer möhtəşəm idi. Çempionlar Liqasının himnini eşidəndə göz yaşlarımı saxlaya bilmədim. Uduzmağımıza çox təssüflənirəm, “Monako”dan daha güclü idi” – deyə o, “goal.com” portalına bildirib.