Premyer Liqa klubunda baş məşqçi istefası
05.08.2016 - 19:07
Rusiya Premyer Liqa klublarından “Spartak”ın baş məşqçisi istefa verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Moskva klubunun çalışdırıcısı Dmitri Aleyniçev özü getmək haqqında ərizə ilə klub rəhbərliyinə müraciət edib.
Paytaxt klubunun rəsmiləri isə onun bu istəyini razılıqla qarşılayıblar.
Kluba yeni baş məşqçi təyin olunana qədər komandanı Massimo Karrera çalışdıracaq.
Qırmızı-ağların rəsmi saytından yayımlanan açıqlamada Aleyniçevə kubda işlədiyi üçün təşəkkür edilib və ona gələcək karyerasında uğur arzu olunub.
0
0