Premyer Liqa klubunda maraqlı qadağa
05.09.2016 - 23:09
“Mançester Yunayted” rəhbərliyi oyunçulara maraqlı qadağa tətbiq etməyə qərar verib. Apasport.az saytının məlumatına görə, “manukunianlar”ın futbolçuları bundan sonra formalarını başqa komandalardan olan həmkarları ilə dəyişə bilməyəcəklər.
“The Sun” nəşrinin iddiasına görə, buna səbəb rəhbərliyin forma istehsalına çəkilən xərcə qənaət etmək istəyidir.
0
0