Premyer Liqa matçının hakimi dəyişdi
14.04.2016 - 22:55
Premyer Liqa matçının hakimi dəyişdi

İngiltərə Premyer Liqasının 34-cü turunun "Stok Siti" - "Tottenhem" oyununun hakimi Kevin Frendin bu matça təyinatı ləğv edilib. Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İngiltərə Futbol Federasiyası verib.

 

Buna, 44 yaşlı hakimin əslən Lester şəhərindən olması səbəb olub.

 

Belə ki, "Tottenhem" çempionluq yolunda "Lester"in əsas rəqibi olduğundan, federasiya Frendin bu oyuna təyin edilməsini düzgün saymayıb.

 

"Stok Siti" - "Tottenhem" matçına Nil Suorbrik təyin olunub.

 

Frend isə "Nyukasl" - "Mançester Siti" oyununu idarə edəcək.