Premyer Liqanın ən yaxşısı braziliyalı oldu
09.02.2016 - 20:25
“Liverpul”un futbolçusu Roberto Firimino İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı futbolçusu seçilib. Apasport.az saytının məlumatına görə, Peşəkar Futbolçular Assosiasiyasının azarkeşlər arasında apardığı rəy sorğusunda ilk yeri tutan braziliyalı bütün səslərin 40 faizini toplayıb.
İkinci yeri isə “Mançester Yunayted”in hücumçusu Ueyn Runi tutub. Üçüncülük isə “Tottenhem”li Harri Keynə məxsusdu.
Qeyd edək ki, Firimino ötən ay “Liverpul”la 4 oyuna çıxıb ki, “Arsenal”la (3:3) və “Norviç”lə (5:4) oyunlarda dublla yadda qalıb.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0