PSJ ulduz futbolçunun maaşını artırdı
09.03.2015 - 13:36
PSJ ulduz futbolçunun maaşını artırdı

PSJ-nin braziliyalı müdafiəçisi Maksvell komandada qalmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, cinah oyunçusu klubu ilə artıq yeni müqavilə də bağlayıb.

 

34 yaşlı futbolçunun yeni anlaşması 2016-cı ilin yayına qədər olacaq. Maksvellin həftəlik məvacibi isə 100 min avroya qaldırılıb.

 

Qeyd edək ki, Maksvell PSJ-yə 2012-ci ildə “Barselona”dan keçib.