Qaret Beyldən La Liqa rekordu
21.03.2016 - 15:00
Qaret Beyldən La Liqa rekordu

İspaniya La Liqasının 30-cu turunun "Sevilya" ilə oyununda (4:0) komandasının qələbəsinə bir qolla töhfə verən "Real"ın üzvü Qaret Beyl tarixə düşüb. Apasport.az saytının məlumatına görə, uelsli futbolçu "Sevilya" ilə oyunda fərqlənərək La Liqada vurduğu qolların sayını 43-ə çatdırıb.

 

O, bu göstəriciylə La Liqanın ən məhsuldar britaniyalısı olub.

 

Beyldən əvvəl La Liqanın ən məhsuldar britaniyalısı 1986-1989-cu illər aralığında "Barselona"nın şərəfini qorumuş ingilis hücumçu Qari Lineker olub. O, "Barsa"nın heyətində çempionatda meydana çıxdığı 103 oyunda Beyldən bir top az - 42 qola imza atıb.

 

Lineker artıq şəxsi "tvitter" səhifəsində həmyerlisini təbrik edib.