[b]Qazaxıstan millimizdən uzaqlaşır[/b]
31.05.2017 - 15:52
[b]Qazaxıstan millimizdən uzaqlaşır[/b]

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, ötən ay dərc olunan cədvəllə müqayisədə siyahıda cüzi dəyişikliklər olub.

 

Lakin bu dəyişikliklər əsasən xal hesablarında əksini tapıb. Mövqe dəyişiklikləri isə yalnız siyahının aşağı hissələrində reallaşıb.

 

Planetin 10 ən güclü komandasının mövqeyi isə uzun müddət olduğu kimi yenə dəyişməz qalıb. Azərbaycan millisinin də mövqeyi dəyişməyib. Lakin yığmamız aktivini 4 xal artırıb. Nəticədə millimizin xal hesabı 1445-ə qalxıb. Artıma baxmayaraq yığmamız hələ də planetin 10-cusudu.

 

Yığmamızdan öndə qərarlaşan Qazaxıstan isə aktivini daha çox artırıb. Onlar millimizlə 14 xallıq fərqi 17-yə qaldırıb.

 

İlk “onluq”

1. Braziliya - 1929

2. İspaniya – 1872

3. Rusiya - 1765

4. Argentina - 1700

5. İtaliya - 1608

6. İran - 1593

7. Portuqaliya - 1582

8. Ukrayna - 1500

9. Qazaxıstan - 1462

10. Azərbaycan – 1445