Zədəli futbolçuları çox olduğu üçün heyət qurmaq baxımından çətinlik çəkən “Bavariya” gələn mövsüm də bu problemi yaşamaq istəmir. Apasport.az saytının Almaniyanın “Bild” nəşrinə istinadən məlumatına görə, Münhen klubu heyətini zənginləşdirmək üçün transfer çalışmalarına başlayıb.
“Bavariya”nın baş məşqçisi Pep Qvardiola siyahısında olan futbolçuların adlarını rəhbərliyə artıq təqdim edib. İspaniyalı mütəxəssis Antuan Qrizmann (“Atletiko”), Marko Verratti (PSJ), Felipe Anderson (“Latsio”) və Kevin de Bruyneni (“Volfsburq”) gələn mövsüm komandasında görmək istəyir.
“Bavariya” rəhbərliyi isə öz növbəsində yay transferləri üçün 100 milyon avro ayrılacağını bəyan edib.