Rafael Santos məşqlərə nə vaxt başlayacaq?
21.09.2015 - 14:50
Rafael Santos məşqlərə nə vaxt başlayacaq?

“Qəbələ”nin braziliyalı müdafiəçisi Rafael Santos sabahdan məşqlərə başlayacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, zədəsinə görə son oyunlarda komandasına kömək edə bilməyən 31 yaşlı futbolçunun yaşıl meydanlara qayıdışı hələ bir müddətdən sonra baş tutacaq.

 

Belə ki, hazırda müalicə olunan Santos sabah yalnız fərdi məşqlərə start verəcək. Bir müddət belə çalışdıqdan sonra həkimlər onun vəziyyətinə baxıb, komanda ilə birgə məşqlərdə iştirak edib-etməməsinə qərar verəcəklər.

 

Bu gün “Sumqayıt”la oyunu buraxacaq Santosun növbəti həftə “Rəvan”la keçiriləcək çempionat, həmçinin oktyabrın 1-də “Krasnodar”la Avroliqa matçını da buraxacağı dəqiqdi.

 

Təcrübəli futbolçunun tam olaraq sıraya dönməsi üçün minimum 2 həftə lazımdı.

 

Qeyd edək ki, Santos zədəsinə görə, Avroliqada “Panatinaikos”la səfər görüşü və PAOK-la oyunu, ölkə çempionatında isə “İnter”lə görüşü buraxıb.