Klaudio Ranyeri Çempionlar Liqasının qrup mərhələsində 6 və daha çox komanda ilə çıxış etmiş baş məşqçilərin sırasına qoşulub. Apasport.az saytının məlumatına görə, o, bu nəticəyə imza atmış 3-cü çalışdrıcıdır.
Daha əvvəl “Valensiya”, “Çelsi”, “Yuventus”, “Roma” və “İnter”lə bu şərəfə nail olmuş italiyalı bu dəfə isə “Lester”lə qitənin ən nüfuzlu klub turnirində boy göstərir.
Bəhs edilən nəticəyə görə, ispan Rafael Benitezə çatan Ranyeri yalnız həmyerlisi Karlo Ançelottidən geri qalır. Don Karlo isə “Bavariya” ilə birlikdə mütləq rekorda imza ataraq ÇL-də 7 komanda ilə iştirak etmiş olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”