Ranyeriyə “yox” deyən hücumçu “Borussiya”da
12.05.2016 - 19:36
“Renn”in hücumçusu Usman Dembele karyerasını “Borussiya”da davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə Dortmund klubundan açıqlama verilib.
Bildirilib ki, 19 yaşlı oyunçu ilə 2021-ci ilə kimi anlaşma əldə edilib.
Bu mövsüm Liqa 1-də 25 oyuna çıxan və 12 qola imza atan gənc futbolçu bir neçə gün əvvəl “Lester”in təklifindən imtina etmişdi. Dembele özü “tülkülər”in baş məşqçisi Klaudio Ranyerinin ona zəng etdiyini, ancaq İngiltərəyə köçmək istəmədiyini bildirmişdi.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0