Raul şansını başqa sahədə sınadı
10.11.2016 - 01:02
ABŞ-da məşhur Nyu-York marafonu keçirilib. Apasport.az saytının məlumatına görə, marafonda bir sıra tanınmış şəxslər də iştirak ediblər.
“Real”ın və İspaniya futbolunun əfsanəsi Raul da iştirakçılar arasında olub.
Qonzales hələ də fiziki cəhətdən formada olduğunu sübut edib. O, Nyu-York marafonunun qalibi olub.
Əfsanəvi hücumçu 42 km məsafəni 3 saat 26 dəqiqəyə qət edib.
0
0