Rekordun bir addımlığında
04.07.2017 - 15:13
Rekordun bir addımlığında

“İnter” tarixi rekordunun bir addımlığındadı. Apasport.az saytının məlumatına görə, bakılılar Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyununda qol buraxmasa, avrokuboklardakı ən uğurlu seriyasını təkrarlayacaq.

 

Zaur Svanadzenin yetirmələri Serbiya klubu ilə ötən həftə səfərdə keçirilən görüşdə (3:0) qapısını toxunulmaz saxlayıb. 2 il öncə isə “İnter” İspaniya “Atletik”i ilə evdəki cavab oyununda qol buraxmamışdı.

 

“Mladost”la iyulun 6-dakı oyunda ardıcıl üçüncü quru matçını keçirməsi isə paytaxt klubu üçün rekord olacaq. Komanda indiyədək avrokuboklarda ən yaxşı halda ardıcıl 3 qarşılaşmada qol buraxmayıb. Bu seriya 2010-12-ci illəri əhatə edib.