Rivaldonun oğlu “Dinamo”da
08.02.2017 - 01:21
Rivaldonun oğlu “Dinamo”da

Əfsanəvi braziliyalı Rivaldonun oğlu Rivaldinyo yeni kluba keçib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçu karyerasını Rumıniyada davam etdircək.

 

O, Buxarest "Dinamo"su ilə anlaşıb. Klubun rəsmi saytı gənc hücumçu ilə yaxın günlərdə müqavilə imzalanacağını yazıb.

 

Qeyd edək ki, Rivaldinyo peşəkar futbolçu karyerasına atasının sahibi olduğu "Mogi Mirim" klubunda başlayıb. O, daha sonra "Boavişta", "Pirakikaba" və "Paysandu" kimi klublarda çıxış edib.